Azərbaycanda BİR İLK: Bu ildən məktəblərdə "Ortaq türk tarixi" keçiriləcək


Bu ildən Azərbacyan məktəblərində "Ortaq türk tarixi" tədris olunacaq.

Turkustan.az xəbər verir ki, dərsliklər bir neçə dildə Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb.

Dərsliklərin Azərbaycanla yanaşı Türkiyə və Qazaxıstanda da tədrisi nəzərdə tutulub.

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında qeyd olunub.

Sənədə əsasən, VIII (səkkizinci) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə "Ortaq türk tarixi" kursunun tədrisinə həsr olunacaq.


MANŞET XƏBƏRLƏRİ