Türkiyə kinosunun əfsanəvi simalarından olan Göksel Arsoy 90 yaşında vəfat edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Kayseridə dünyaya gələn Göksel Arsoy kino və teatr aktyoru olub. Xüsusilə 1960-cı illərdə "Yeşilçam"ın önəmli ulduzlarından birinə çevrilən Arsoy "Altın Çocuk" ləqəbi ilə məşhurlaşıb. O, 1957-ci ildə "Kara Günlerim" filmi vasitəsilə kino dünyasına qədəm qoyub. 1959-cu ildə çəkilən "Samanyolu" filmi ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınıb və bir çox ekran əsərlərində Belgin Dorukla baş rolları bölüşüb.
"Taş Bebek", "Bulunmaz Uşak", "Şafak Bekçileri", "Kezban" və "Altın Çocuk" kimi çox sayda filmdə rol alan aktyor, həm də öz adını daşıyan film şirkəti quraraq prodüserlik fəaliyyəti ilə məşğul olub./oxu.az