Rusiya Qara dənizdə iki yük gəmisinə hücum etdi


Rusiya ordusu Qara dənizdə Ukrayna bayrağı altında üzən iki yük gəmisini vurub.

Turkustan.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi gəmilərin Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan hərbi texnika daşıdığını iddia edib.

Nazirliyin açıqlamasında bildirilib ki, Ukrayna ordusunu təchiz etmək üçün istifadə olunan Çornomorsk limanındakı yanacaq anbarları da hədəfə alınıb.

Bundan əlavə, Xarkov vilayətində yerləşən elektrik yarımstansiyasına da zərbə endirildiyi qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi hücumların Ukrayna ordusunun hərbi təminat imkanlarını zəiflətməyə yönəldiyini bildirib.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ