Kaladze: Ukraynaya görə təəssüf edirik, artıq onu belə adlandırırlar


“Ukraynanın Rusiya təcavüzünə qarşı “bufer zona” kimi qiymətləndirilməsi təəssüf doğuran reallıqdır”.

Turkustan.az xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze Finlandiya Prezidenti Aleksandr Stubbun açıqlaması ilə bağlı deyib.

O iddia edib ki, Tbilisinin prinsipial mövqeyi olmasaydı, Gürcüstan da eyni aqibəti yaşayacaqdı.

“Ukraynanı artıq “bufer zona” adlandırırlar, bu, təəssüf doğuran reallıqdır. Yəqin bizim prinsipial mövqeyimiz və bu gün “Gürcü Arzusu”nun həyata keçirdiyi siyasət olmasaydı, təəssüf ki, bizi də eyni aqibət gözləyərdi. Amma son illərdə çoxsaylı təhqirlərə, saysız-hesabsız təzyiqlərə, böhtanlara və təhdidlərə baxmayaraq, ölkənin maraqlarını, gürcü xalqını, Gürcüstan iqtisadiyyatını, ölkənin inkişafını və tərəqqisini, eləcə də hər bir vətəndaşı yürütdüyümüz bu siyasətlə qoruduq.

Bu yanaşma olmasaydı, təəssüf ki, bu gün Ukraynanın düşdüyü ağır vəziyyətdə olardıq və artıq gördüyümüz kimi, xarici siyasətçilər onu “bufer zona” kimi qiymətləndirirlər”, - Kaladze vurğulayıb.

Finlandiya Prezidenti Aleksandr Stubb bundan əvvəl bildirib ki, Ukrayna ordusu “bufer zona” və Rusiyanın potensial təcavüzünün qarşısını alan amildir./teleqraf


MANŞET XƏBƏRLƏRİ