Baydenin səsini süni intellektlə təqlid etdi: 6 milyon dollar cərimə olundu


ABŞ-da prezident Co Baydenin səsini təqlid edərək seçicilərə süni intellekt vasitəsilə avtomatlaşdırılmış zənglər edən şəxsə 6 milyon dollar cərimə kəsilib.

Turkustan.az xəbər verir ki, yanvar ayında ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən praymerizlərdən əvvəl prezident Co Baydenin səsini təqlid edərək seçicilərə süni intellekt vasitəsilə avtomatik zənglər edən şəxsə 6 milyon dollar cərimə kəsilib.

Siyasi məsləhətçi Stiven Kramer texnologiyadan istifadə edərək saxta şəxsiyyətlər yaratmaqda və seçiciləri aldatmaqda ittiham edilib.

Federal Rabitə Komissiyası Krameri "Zəng edənin Müəyyənləşdirilməsi Aktı"na uyğun olaraq 6 milyon dollar, Kramerin zənglər etdiyi Lingo Telecom şirkəti isə 2 milyon dollar cərimələyib.

Yanvarın 23-də Nyu-Hempşirdə keçirilən praymerizdən əvvəl minlərlə seçiciyə Baydeni təqlid edən süni intellekt tərəfindən yaradılan avtomatlaşdırılmış zənglərə görə Kramerdən "seçici təzyiqi" də daxil olmaqla 13 ittiham üzrə mühakimə olunması istənilib.

Məsələ ilə bağlı ABŞ mətbuatına verdiyi açıqlamada ştatın baş prokuroru Con Formella Nyu-Hempşir ştatında keçirilən seçkilərin “qanunsuz müdaxilədən azad olmasını” təmin etməkdə qərarlı olduğunu bildirib.

Kramerin məhkəməsi iyunun 5-də başlayacaq.

Nyu-Hempşirdə seçicilərin sıxışdırılması cinayətinə görə 3,5 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur, namizəd kimi təqdim etməklə saxtakarlıq etmək isə bir ilədək həbs cəzası ilə cəzalandırılır.

Fevral ayında verdiyi açıqlamada Kramer saxta robot zənglərin arxasında duran şəxs olduğunu etiraf etdi və qərarında seçicilərə təsir göstərməyə çalışmadığını, sadəcə olaraq, süni zənglərin potensial təhlükələri barədə ictimaiyyətə oyanış siqnalı göndərmək istədiyini iddia edib.

Yanvar ayında Baydenə oxşayan Kramerin süni intellektlə yaratdığı avtomatik zənglərdə Nyu-Hempşir sakinlərinə prezident seçkilərində iştiraka ehtiyac olmadığı, səslərinin noyabrda keçiriləcək prezident seçkilərində fərq yaradacağı bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ