Kosta Rusiyaya xəbərdarlıq etdi: “Növbəti həftələr həlledici olacaq”


Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta Rusiyanın Ukraynada müharibəni dayandırmaq niyyətində olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, o, qarşıdakı həftələrin Moskvanın müharibəyə son qoymaq istəyinin müəyyənləşdirilməsi baxımından həlledici olacağını vurğulayıb.

Antonio Kosta bu fikirləri İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısının açılışında səsləndirib.

Kosta çıxışında Avropanın kollektiv təhlükəsizliyinin Ukraynada ədalətli və davamlı sülhün təmin olunmasından ayrı düşünülə bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, Avropada təhlükəsizliyin bərpası üçün əsas prinsiplərdən biri Ukraynanın öz gələcəyini sərbəst şəkildə müəyyən etmək hüququdur. Kosta bu kontekstdə Avropada “təsir dairələri” dövrünün çoxdan başa çatdığını qeyd edib.

Aİ Şurasının prezidenti ikinci mühüm prinsipin isə Rusiya-Ukrayna danışıqlarında Avropanın iştirakı olmadan qitənin təhlükəsizliyinin müzakirə edilməməsi olduğunu vurğulayıb. O bildirib ki, Avropanın ortaq mövqeyi Avropa ölkələri, Avropa İttifaqı və NATO arasında birgə səylər nəticəsində formalaşmalıdır.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ