Nvidia şirkətinin baş direktoru Jensen Huang istefa verdi


Nvidia şirkətinin baş direktoru Jensen Huang Çin üçün casusluq etməkdə və şirkət əməkdaşı ilə gizli münasibət qurmaqda ittiham olunduqdan sonra vəzifəsindən istefa verib.

Turkustan.az xəbər verir ki, Çin agenti olduğu iddia edilən Alis Huang ilə Jensen Huang arasında gizli münasibət yaşandığına dair iddiaların şirkətin səhmlərinin qiymətinə də mənfi təsir göstərdiyi bildirilir.

Nvidia Jensen Huang-ın sədr, baş icraçı direktor və idarə heyətinin üzvü vəzifələrindən istefasının dərhal qüvvəyə mindiyini açıqlayıb. Şirkətin bəyanatında vitse-prezident və baş maliyyə direktoru Colette Kress-in müvəqqəti baş direktor vəzifəsini icra etməyə razılıq verdiyi də qeyd olunub.

AFP-nin məlumatına görə, Nvidia Direktorlar Şurasının Jensen Huang-ın vəziyyətini müzakirə etmək üçün toplanması gözlənilirdi. Lakin Huang iclasdan əvvəl istefa vermək qərarına gəlib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ