Ukrayna Donbası və digər əraziləri təslim etməyə hazırlaşmalı və NATO-ya qoşulmaq fikrindən əl çəkməlidir.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel “Teleqrаfa” verdiyi müsahibədə deyib.
"NATO-ya qoşulmaq kimi hipotetik ideya naminə ölməyə davam edə bilmərik", - deyə nəşr Mendelin sözlərini sitat gətirib.
Mendel, həmçinin Qərb liderlərini Rusiya Prezidenti Vladimir Putinlə əlaqə qurmadıqlarına görə tənqid edib./axar.az