ABŞ-dan Avropaya “Rusiya qazını alın” TƏKLİFİ


ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna üzrə sülh sazişinin bir hissəsi kimi Avropaya Rusiya qazının tədarükünün bərpa olunması imkanını nəzərdən keçirir.

Turkustan.az The New York Times nəşrinə istinadən xəbər verir ki, Vaşinqton bu addımı Moskva üçün müharibəni dayandırmaq istiqamətində iqtisadi stimul kimi qiymətləndirir.

Mənbə qeyd edir ki, Vaşinqton qaz tədarükünün bərpasını və Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılmasını münaqişənin həlli üçün iqtisadi mexanizm hesab edir.

Kiyev və Aİ ölkələri, xüsusilə Almaniya, Rusiyadan energetika asılılığına qayıtmağın Avropanın təhlükəsizliyinə ciddi təhdid yaratdığını bildirərək təklifə qarşı çıxırlar.

Qaz tədarükünün bərpası ilə yanaşı, "Şimal axını - 2" layihəsi və "LUKOIL"un beynəlxalq aktivlərinin satışı kimi məsələlərin də müzakirə mövzusu olduğu bildirilir./Bizim Media


MANŞET XƏBƏRLƏRİ