Altıdan çox dövlət Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında təsis edilmiş Məkkə Birgə Müdafiə Alyansına qoşulmaqda maraqlı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar bəyan edib.
Paktın genişlənmə perspektivlərinə toxunan diplomat maraq göstərən ölkələrin adlarını hələlik məfxi saxlamağa üstünlük verib. O qeyd edib ki, yeni tərəfdaşların Alyansa rəsmən qəbul edilməsi yalnız müqavilənin hüquqi və mexaniki baxımdan tam fəaliyyətə başlamasından sonra mümkün olacaq. Bu inteqrasiya və hazırlıq prosesinin isə bir ilə qədər vaxt apara biləcəyi vurğulanır.
Qeyd edək ki, "Məkkə Paktı" çərçivəsində yaradılmış Strateji Siyasi Müdafiə Komitəsinin (SPDC) ilk rəsmi iclasının yaxın vaxtlarda Ər-Riyad şəhərində keçirilməsi gözlənilir./Musavat.com