Rusiya regionları təxminən 100 000-dən artıq ayının təcili məhv edilməsinə hazırlaşır.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın “Maş” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bu tədbirlər ayıların hücumlarının artması fonunda müzakirə olunur.
Rusiya Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2026-cı ildə təkcə Krasnoyarsk diyarında ayılar 59 nəfərə xəsarət yetirib, onlardan altısı həyatını itirib.
Bildirilib ki, hazırda ayı ovuna verilən icazə 30 gün müddətində qüvvədədir. Əgər ovçu bu müddət ərzində heyvanı ovlaya bilməzsə, icazənin müddəti bitir və yeni icazə almaq tələb olunur. İndi isə bu sistemin, eləcə də təxminən 5000 rubl məbləğindəki rüsumun ləğv edilməsi nəzərdə tutulur. Nəticədə, populyasiyaya nəzarət məqsədilə həyata keçirilən ov pulsuz olacaq və ovçulara ovladıqları hər ayı üçün regiondan asılı olaraq 15 000 - 35 000 rubl arasında ödəniş ediləcək.
Yeni qaydalar yaxın 10-30 gün ərzində Buryatiya, Tuva, İrkutsk vilayəti, Krasnoyarsk diyarı, Yakutiya, Maqadan vilayəti və Kamçatkada qüvvəyə minə bilər./axar.az