Qarabağ separatçılarının ideoloqu ABŞ-yə qaçdı


Vaxtilə erməni kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri olmuş arxiyepiskop Parqev Martirosyan ABŞ-da immiqrant statusu əldə edib.

Turkustan.az xəbər verir ki, bu barədə erməni əsilli vəkil Kristine Parikyan məlumat yayıb.

Bu status müəyyən hallarda birbaşa daimi yaşayış icazəsi - “Green Card” əldə etmək imkanına yol açır.

Xatırladaq ki, Parqev Martirosyan I Qarabağ Müharibəsi və 44 günlük Vətən Müharibələrində Qarabağdakı separatizmin əsas ideoloqlarından biri olub.

O, Vətən Müharibəsindən sonra 2020-ci ildə ABŞ-yə qaçıb və hazırda həmin ölkədə yaşayır. /modern.az


MANŞET XƏBƏRLƏRİ