Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Vuçiç Serbiya televiziyasına müsahibəsində oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlamalar verib.
O, prezidentlikdən istefa verəcəyini bildirərək Serbiyanın çoxpartiyalı sistemə keçməsindən sonra ölkəyə ən uzun müddət rəhbərlik edən prezident olduğunu qeyd edib.
“Bu ölkənin vətəndaşları olmadan mən buna nail ola bilməzdim. Mən Serbiyaya və onun vətəndaşlarına sədaqətlə, zəhmətlə və fədakarlıqla xidmət etmişəm”, – deyə, Vuçiç bildirib.
Vuçiç həmçinin rəhbərlik etdiyi Serbiya Tərəqqipərvər Partiyasının (SNS) seçki kampaniyası çərçivəsində, əsasən Belqrad olmaqla, ölkənin iri şəhərlərində mitinqlər keçirəcəyini deyib.
Aytən Yaşar/ Turkustan.az