Nazarbayevin bu hüququ ləğv edildi


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2020-2030-cu illər üçün Xarici Siyasət Konsepsiyasına dəyişiklik edib.

Turkustan.az xəbər verir ki, Birinci Prezident Nursultan Nazarbayevin Qazaxıstan xalqına xarici siyasət təşəbbüsləri ilə müraciət etmək ömürlük hüququ ləğv olunub.

Tokayevin müvafiq fərmanında deyilir ki, "7-ci fəslin 1-ci bəndi çıxarılsın". Konsepsiyadakı bu bənd əvvəllər "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında" konstitusiya qanununun müddəalarını ehtiva edir və tarixi missiyasına görə Nazarbayevə dövlət quruculuğu, daxili və xarici siyasət və milli təhlükəsizlik kimi vacib məsələlərlə bağlı təşəbbüslərlə xalqa, dövlət qurumlarına və vəzifəli şəxslərə müraciət etmək ömürlük hüququ verirdi.

Bundan əlavə, konsepsiyanın mətni yeni Konstitusiyaya uyğunlaşdırılıb. Xüsusilə, "vətəndaş" termini "Qazaxıstan Respublikasının vətəndaşı" olaraq dəyişdirilib, "Müstəqillik" və "Suverenlik" böyük hərflərlə yazılıb və "Parlament" sözü "Kurultay"la əvəz edilib./"Yeni Sabah"


MANŞET XƏBƏRLƏRİ