Ərdoğandan Məkkə sazişi açıqlaması: “Dünyaya fərqli mesaj verdik”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinin dünyaya mühüm mesaj verdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Ərdoğan Dohada yerləşən “Əl-Cəzirə” telekanalına müsahibəsində gündəmdəki məsələləri dəyərləndirib.

Məkkə sazişinə toxunan Ərdoğan bunun mühüm və fərqli bir addım olduğunu vurğulayıb:

“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə bu üçtərəfli müqavilənin imzalanması dünyaya vacib bir mesaj göndərmək üçün bizim üçün əsl fürsət idi. Bu müqavilənin Məkkədə imzalanması bizə əlavə güc verdi və dünyaya fərqli mesaj göndərdi. İnanıram ki, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı bu müqavilədən böyük məmnuniyyətlə ayrıldılar".

Türkiyənin Avropa İttifaqına üzvlük prosesinə də toxunan Ərdoğan “Bizim prioritetimiz Avropa İttifaqı deyil” deyə bildirib.

Ərdoğan müsahibənin AK Partiyanın 25-ci ildönümü qeyd etmələri çərçivəsində baş tutduğunu və partiyanın qarşıdakı 25 ildə də yoluna davam edəcəyinə ümid etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ