ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişini alqışlayıb və üç ölkənin liderlərini təbrik edib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada sazişin Yaxın Şərq ölkələrinin bir araya gəlməsi və müdafiə imkanlarını gücləndirməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın nəhayət Məkkə Birgə Müdafiə Sazişini imzaladığını görməkdən məmnunam. Bu, Yaxın Şərqin necə bir araya gəldiyini və ölkələrin özlərini daha effektiv şəkildə necə müdafiə edə biləcəyini göstərir. Üç ölkənin liderlərini təbrik edirəm. Bu, böyük, cəsarətli və vacib ilk addımdır”, – Tramp qeyd edib.
Aytən Yaşar/ Turkustan.az