Venesuelada – 7.4, Kolumbiyada – 7.5, İndoneziyada – 7.7 və nəhayət, İspaniyda son 24 saatda 3.4 balla sayca 77 zəlzələ qeydə alınıb. Onlardan ilki 5.4 ball gücündə olub.
Cənubi Amerika qitəsinin iki qonşu ölkəsindən sonra tektonik dalğa Asiya və Avropaya keçib. Elə isə növbəti zəlzələ harada olacaq?
Proqnozlarda daha çox İstanbulun adı hallanır və ən bədbin öncəgörmə ilə 250 əvvəlki fəlakətin təkraralancağı söylənir. Dominos pizza
“Venesuela, Kolumbiya, İndoneziya və İspaniyada baş verən zəlzələlərin bir-biri ilə əlaqə yoxdur. Həmin zəlzələlər yerin altında yerləşən qırılma xətti ilə hərəkət etmir. Sadəcə olaraq, enerji harada toplanıbsa və ocaqlar harada yetişibsə, zəlzələ məhz həmin yerdə baş verir”.
Bu sözləri “Yeni Sabah”a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli deyib.
Onun sözlərinə görə, qırılma zonalarını bir-biri ilə əlaqələndirmək düzgün deyil:
“Ola bilsin ki, gələcəkdə tamamilə başqa bir istiqamətdə seysmik təkanlar olsun. Bu baxımdan, qırılma zonalarını bir-biri ilə əlaqələndirmək qeyri-mümkündür və məntiqi də yoxdur. Zəlzələ ocaqları ayrı-ayrı zonalarda olur. Yerli tektonik hərəkətlərin təsiri nəticəsində əmələ gələn potensial enerji kifayət topandıqda, geoloji strukturlar qırılma zonasında bir-birinə qarşı böyük təzyiqlər yaradır. Həmin yerdəki süxur layları həmin təzyiqə müqavimət göstərir. Bu müqavimət dayandıqda, qırılma baş verir. Hər bir bölgə üçün, hətta Azərbaycanın daxilindəkilər bir-birindən fərqli ocaqlardır. Onlar ayrı-ayrı proseslər üzrə inkişaf edir. Ona görə də, baş verən zəlzələləri əlaqələndirmək düzgün deyil”.
Seysmoloq əlavə edib ki, eyni vaxtda dünyanın müxtəlif yerlərində ayrı-ayrı zəlzələlərin baş verməsi mümkündür:
“Elə illər olub ki, 2026-cı ildəkindən daha çox zəlzələlər olub. Hansı ocaqda potensial enerji topanırsa, orada zəlzələ baş verir. Ola bilər ki, başqa bir yerdə də eyni qaydada enerji topanıb. Dünya böyükdür və qırılma zonaları çox böyük əraziləri əhatə edir. Eyni vaxtda dünyanın müxtəlif yerlərində ayrı-ayrı zəlzələlərin baş verməsi mümkündür. Bunların bir-biri ilə əlaqəsi olmur”.