Britaniya Rusiya ilə savaşa çox yaxındır - Makelvoy


Böyük Britaniya Rusiya-Ukrayna müharibəsində getdikcə daha geniş şəkildə iştirak edir, xüsusilə də Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə kömək edir. Britaniyada istehsal olunan dronların Rusiyadakı sənaye və hərbi obyektlərə zərbələr endirmək üçün istifadə edildiyi barədə məlumat yayılıb.

Turkustan.az xəbər verir ki, bunu “The i Paper” nəşrinin köşə yazarı Enn Makelvoy məqaləsində yazıb.

O, bu müharibənin cəbhələrdə dalana dirəndiyini və PUA-lardan genişmiqyaslı istifadə ilə xarakterizə olunan münaqişə dövrünə daxil olduğunu göstərir:

"Rusiya-Ukrayna müharibəsi artıq Britaniyadan uzaqlarda getmir. Daha əvvəl Mİ6-nın yeni rəhbəri Bleyz Metreveli vəzifəsinin iclasına həsr olunmuş çıxışında cəbhə xəttinin hər yerdən keçdiyini bəyan edib. Artıq bir neçə ildir ki, kiberhücumları, sualtı kabellərin zədələnməsini, eləcə də Moskvanın kəşfiyyat əməliyyatlarını əhatə edən hibrid müharibə davam edir. “İstəklilər koalisiyası” Ukraynaya Rusiyaya qarşı müdafiəsində kömək edir, lakin bu yardımın öz bədəli var və həmin qiymət getdikcə artır". /axar.az/


MANŞET XƏBƏRLƏRİ