İsrail: Trampın heyəti HƏMAS-la görüşdü


ABŞ Prezidenti Donald Trampın kürəkəni və nümayəndəsi Cared Kuşnerin Qəzza razılaşmasının ikinci mərhələsi ilə bağlı regional səfəri çərçivəsində Misirdə yüksək vəzifəli HƏMAS rəsmiləri ilə “məhsuldar görüş” keçirdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, İsrailin “12-ci Kanal” televiziyasının məlumatına görə, görüşün təfərrüatlarından xəbərdar olan mənbə HƏMAS nümayəndələrinin Kuşnerlə görüşdə Qəzza zolağının tərksilah edilməsi ilə bağlı öhdəliklərini bir daha təsdiqlədiklərini bildirib.

Mənbənin sözlərinə görə, təxminən 90 dəqiqə davam edən görüş “çox məhsuldar” olub və HƏMAS Qəzzanın tərksilahı istiqamətində konkret addımlar atmağa hazır olduğunu təsdiqləyib.

HƏMAS rəsmilərinin İsrailin Qəzzaya qarşı hücumları və siyasəti ilə bağlı narazılıqlarını Kuşnerə çatdırdığı da bildirilib. Kuşner isə faktiki tərksilah məsələsində danışıqlar üçün imkan olmadığını, lakin HƏMAS konkret addımlar atacağı təqdirdə ABŞ-ın İsrailin də öz öhdəliklərini yerinə yetirməsini təmin edəcəyini bildirib.

Görüş zamanı Kuşnerin İsrailli girovların geri qaytarılması istiqamətində göstərdikləri səylərə görə HƏMAS rəsmilərinə təşəkkür etdiyi də qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ