ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper USS Abraham Lincoln təyyarədaşıyan gəmisinə səfərindən sonra gəmidəki ümumi vəziyyətin ictimaiyyətə açıqlanandan daha yaxşı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Kuper son həftələrdə ABŞ ictimaiyyətində geniş müzakirə olunan “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə səfərindən sonra yazılı açıqlama yayıb.
İranla müharibə səbəbindən uzun müddət Yaxın Şərqdə xidmət edən gəmi heyətinin psixoloji vəziyyəti və bəzi sağlamlıq problemləri ilə bağlı narahatlıqlara toxunan Kuper ekipajın vəziyyətinin gözlənildiyindən daha yaxşı olduğunu qeyd edib.
ABŞ komandanı gəmi heyətinin psixoloji sağlamlığı ilə bağlı bildirib: “ABŞ Hərbi Dəniz Qüvvələrinin 11 aktiv təyyarədaşıyan gəmisi arasında hazırda ‘Linkoln’da psixi sağlamlıqla bağlı hadisələrin sayı ən aşağı səviyyədədir".
Aytən Yaşar/ Turkustan.az