Atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanda bir neçə gün davam edə biləcək hərbi əməliyyata hazırlaşdığı bildirilir.
Turkustan.az xəbər verir ki, İsrailin “12-ci Kanal” televiziyasının məlumatına görə, İsrail ordusu Əli Tahir Təpəsi və Beaufort qalası ətrafında Hizbullahın infrastrukturunu məhv etməyə çalışır. Bununla yanaşı, Hizbullahın bölgədə əməliyyat aparan İsrail qüvvələrinə qarşı hücumlar planlaşdırdığı iddia edilir.
Məlumata görə, bəzi Hizbullah üzvləri Əli Tahir Təpəsindəki tunellərdə qalıb və İsrail ordusu onların təşkilat tərəfindən xilas edilməsinə mane olur.
Hesabatda həmçinin qeyd olunur ki, Təl-Əviv administrasiyası ABŞ-ın vasitəçiliyi ilə Livanla aparılan danışıqlar fonunda son günlər İsrail ordusunun təklif etdiyi bəzi hücum planlarını təsdiqləməyib.
Buna baxmayaraq, İsrail ordusunun Livanda bir neçə gün davam edə biləcək toqquşmalara hazırlaşdığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az