Almaniyada 250 kiloqramlıq II Dünya Müharibəsi bombası tapıldı


Almaniyanın Saksoniya əyalətinin Heidenau şəhərində Elba çayında İkinci Dünya Müharibəsindən qalma, təxminən 250 kiloqram ağırlığında aviasiya bombası aşkarlanıb.

Turkustan.az xəbər verir ki, hakimiyyət orqanları bombanın bazar ertəsi günü zərərsizləşdiriləcəyini açıqlayıb. Əməliyyatla əlaqədar bombanın aşkarlandığı ərazinin təxminən 1 kilometr radiusunda təxliyə həyata keçiriləcək.

Heidenau və Pratzschwitz ərazilərində yaşayan sakinlərdən bazar ertəsi saat 09:00-dək təhlükəsizlik zonasını tərk etmələri tələb olunub. Bu müddətdən sonra polis ərazini yoxlayacaq və təxliyə olunmayan şəxsləri təhlükəsiz əraziyə köçürəcək.

Polisin məlumatına görə, bombanın hazırkı vəziyyəti təcili təxliyə tələb etmir və onun planlı şəkildə zərərsizləşdirilməsi mümkündür. Əməliyyatdan əvvəl mütəxəssislər bombanın ətrafındakı ərazini tam təhlükəsizləşdirəcəklər.

Təxliyə edilən sakinlər üçün müvəqqəti yerləşdirmə məntəqələri yaradılacaq. Bununla bağlı əlavə məlumatın Heidenau və Pirna şəhər administrasiyaları tərəfindən açıqlanacağı bildirilib.

Polis zərərsizləşdirmə əməliyyatının gedişi ilə bağlı yenilikləri sosial media hesabları vasitəsilə paylaşacaq.

250 kiloqramlıq təyyarə bombası tapılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ