Rusiya tarixində ilk dəfə Mərakeşdən dəniz yolu ilə təxminən 30 min metrik ton Aİ-92 markalı benzin idxal edib.
Turkustan.az xəbər verir ki, bu barədə Reuters agentliyinə danışan iki sənaye mənbəsi məlumat verib.
Mənbələrin bildirdiyinə görə, Panama bayrağı altında üzən tanker iyulun ortalarında Mərakeşin Tanjer limanında yanacaq yükləyib. Gəmi hazırda Rusiyanın Arktika bölgəsində yerləşən Murmansk limanında yükünü boşaldır.
Məlumata əsasən, yükün tədarükçüsü Rusiyanın Lukoil şirkətidir.
Bundan başqa, Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının (SPIMEX) məlumatları göstərir ki, Murmansk limanına xidmət göstərən Kola stansiyasından dəmir yolu ilə daşınmaq üçün Aİ-92 markalı benzin artıq satışa çıxarılıb.
Aytən Yaşar/ Turkustan.az