Polşa Rusiyanın səfirini XİN-ə çağırdı


Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya həyata keçirdiyi kütləvi raket hücumu zamanı Polşa ərazisinə qanadlı raketin düşməsi ilə bağlı Rusiyanın Varşavadakı səfirini nazirliyə çağırıb.

Turkustan.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk X sosial şəbəkəsində paylaşım edib.

Tusk bildirib:

"Bu gün Polşa Xarici İşlər Nazirliyi dünən Polşa ərazisinə düşən raketlə bağlı Rusiyanın səfirini nazirliyə çağırıb".

Rəsmi Varşava hadisə ilə bağlı Moskvadan izahat tələb edir. Hadisənin təfərrüatları və raketin Polşa ərazisinə düşmə səbəbi ilə bağlı araşdırmalar davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ