Yaponiyadakı zəlzələdə ölənlərin sayı 30-a çatdı


Yaponiyanın Kumamoto prefekturasında çərşənbə axşamı baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 30-a yüksəlib.

Turkustan.az xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, bölgədə axtarış-xilasetmə və bərpa işlərini koordinasiya etmək məqsədilə Kumamoto prefekturasında yerli fəlakətlərə cavab mərkəzi yaradılacaq.

Takaiçi aidiyyəti nazirlik və dövlət qurumlarına yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq etmələri barədə göstəriş verib.

"Xahiş edirəm ki, bütün nazirliklər və müvafiq qurumlar bu mərkəz vasitəsilə yerli hökumətlərlə koordinasiyalı şəkildə işləsinlər, bölgəyə zəruri ləvazimatların çatdırılması, elektrik və su təchizatı kimi infrastrukturun bərpası üçün bütün imkanlardan istifadə etsinlər", – deyə Baş nazir vurğulayıb.

Hazırda zəlzələnin dağıntılarının aradan qaldırılması, zərərçəkənlərə yardım göstərilməsi və infrastrukturun bərpası istiqamətində işlər davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ