ABŞ Ukraynaya "Patriot" istehsalına icazə verəcək? Trampdan açıqlama


ABŞ Prezidenti Donald Tramp Ukraynanın "Patriot" hava hücumundan müdafiə raketlərinin istehsalı üçün lisenziya verilməsi məsələsində hələ yekun qərar qəbul etmədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə “Financial Times” nəşrinə telefon müsahibəsində danışıb.

ABŞ prezidenti Vaşinqtonun Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verib-verməyəcəyi ilə bağlı suala cavab olaraq, "Buna əmin deyiləm. Hazırda bu məsələni araşdırırıq", – deyə bildirib.

Tramp vurğulayıb ki, "Patriot" sistemi olduqca mühüm və güclü silahdır.

"Bu, həqiqətən də fövqəladə silahdır və kimə lisenziya verdiyimizə çox diqqətlə yanaşmalıyıq. Əslində biz avadanlığın istehsalı üçün lisenziya vermirik", – deyə, ABŞ prezidenti əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ