Mərakeşdən Şimali Afrikadakı İspaniya anklavı olan Seutaya keçməyə çalışan azı 18 qeyri-qanuni miqrant həyatını itirib.
Turkustan.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, miqrantlar Mərakeşin Kastilyos sahillərindən əsasən üzməklə Seutaya çatmağa cəhd ediblər. Keçid zamanı 18 nəfərin öldüyü bildirilir.
Məlumatlarda qeyd olunur ki, təkcə son bir həftə ərzində təxminən 1500 nəfər əsasən üzərək Mərakeşdən Seutaya keçib. Bununla belə, bu rəqəmlər hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.


Aytən Yaşar/ Turkustan.az