“Qisası və qan davasını İmam Mehdinin zühuruna qədər təxirə salmaq niyyətində deyilik”.
Turkustan.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Hüseyn Yekta deyib.
“Qan davasını və qisası zühurun müqəddiməsi hesab edirik. Çünki məqsədimiz naibinin təhlükəsizliyini təmin etməkdir ki, İmam Zaman özü zühur etsin. İmam Zaman təhlükəsiz olmayan şəraitdə zühur etməyəcək. Buna görə də bu qan davası sadəcə söz və ya şüar deyil”, - o bildirib.
Yekta müharibənin ilk günündə İranın keçmiş ali rəhbəri Əli Xameneiyə qarşı həyata keçirilən hücuma toxunaraq qeyd edib: “Qisas mütləq alınmalıdır. Çünki qisas həyat gətirir”.
SEPAH komandiri əlavə edib: “Düşmənlər İmam Zamanın naibinin təhlükəsizliyini təhlükə altına qoyursa, bu, bir mesajdır. Bu o deməkdir ki, İmam Zaman üçün təhlükəsiz şərait yaratmaq istiqamətində addım atmalıyıq”./teleqraf