ABŞ Prezidenti Donald Trampın Qəzzada HƏMAS-ın tərksilahı ilə bağlı "tarixi razılaşma" əldə olunduğunu açıqlamasından sonra HƏMAS da məsələ ilə bağlı bəyanat yayıb.
Turkustan.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həməd bildirib ki, hərəkat İsrailin Qəzzadan geri çəkilməsini, bölgənin yenidən qurulmasını, beynəlxalq qüvvələrin yerləşdirilməsini və Milli Komitənin idarəetmə səlahiyyətlərini öz üzərinə götürməsini nəzərdə tutan hərtərəfli paket razılaşmasını qəbul edib.
Həməd Anadolu Agentliyinə (AA) açıqlamasında qeyd edib ki, razılaşma İsrail qüvvələrinin Qəzzadan çıxmasını və bölgənin bərpasını əhatə edir.
Bununla yanaşı, HƏMAS rəsmisi razılaşmanın beynəlxalq qüvvələrin yerləşdirilməsi və Milli Komitənin öz vəzifələrini icra etməsini də ehtiva etdiyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az