İkinci Dünya Müharibəsində məğlubiyyətdən sonra hərbi və kəşfiyyat fəaliyyətləri ciddi şəkildə məhdudlaşdırılan Yaponiya, müharibənin sonunda ləğv etdiyi mərkəzi kəşfiyyat qurumunu yenidən yaratmaq qərarına gəlib.
Turkustan.az xəbər verir ki, Yaponiya hökuməti ölkənin Milli Kəşfiyyat Bürosunun bu gündən etibarən rəsmi fəaliyyətə başlayacağını açıqlayıb. Bu, İkinci Dünya Müharibəsindən sonra ölkədə yaradılan ilk mərkəzləşdirilmiş kəşfiyyat qurumu olacaq.
Ekspertlərin fikrincə, bu addım Yaponiyanın milli təhlükəsizlik və kəşfiyyat sistemində daha geniş islahatların başlanğıcı hesab olunur. Onların qiymətləndirməsinə görə, gələcəkdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və ya Böyük Britaniyanın MI6 xidməti modelinə bənzər xarici kəşfiyyat agentliyinin də yaradılması mümkündür.
Mütəxəssislər hesab edirlər ki, bu qərar Yaponiyanın dəyişən regional təhlükəsizlik mühitinə uyğun olaraq müdafiə və kəşfiyyat imkanlarını gücləndirmək strategiyasının tərkib hissəsidir.
Aytən Yaşar/ Turkustan.az