Kanadada məscidə silahlı hücum edildi


Kanadanın Vinnipeq şəhərindəki bir məscidə silahlı şəxslərin hücum etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, hücumun baş verdiyi Kanadanın Vinnipeq şəhərindəki Rəhma İslam Mərkəzi tərəfindən yayımlanan yazılı açıqlamada hadisənin əvvəlki gecə baş verdiyi bildirilib.

Açıqlamada camaat üzvləri içəridə olarkən iki nəfərin məscid binasına nəqliyyat vasitəsindən atəş açdığı və daha sonra binanın pəncərələrini əşya ilə sındıraraq zərər verdiyi bildirilir.

Hücum nəticəsində ölən və ya yaralanan olmayıb və polis hadisəni "mümkün nifrət cinayəti" kimi araşdırır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ