ABŞ və İsrail İrana qarşı quru blokadasının tətbiqi imkanlarını müzakirə edir.
Turkustan.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, plan çərçivəsində İranla həmsərhəd olan İraq, Pakistan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Ermənistan və Azərbaycanın sərhəd-keçid məntəqələrini məhdudlaşdırmağa və ya tam bağlamağa razı salınması nəzərdən keçirilir.
Məqsəd İranın idxal və ixrac imkanlarını azaltmaqdır.
Qəzet qeyd edir ki, bu ssenari dəniz blokadasının davam etdirilməsi, zərbələrin bərpası və ya diplomatik həll variantları ilə yanaşı müzakirə olunur.
Ekspertlər isə hesab edirlər ki, İranın uzun quru sərhədləri və region ölkələri ilə sıx əlaqələri səbəbindən belə blokadanın həyata keçirilməsi olduqca çətin olacaq./Musavat.com
