Suriya Prezidenti Əhməd Şara bildirib ki, Səudiyyə Ərəbistanı və Türkiyə ötən il Suriyaya qarşı tətbiq edilən ABŞ sanksiyalarının ləğvi üçün fəal diplomatik vasitəçilik aparıb.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan da bu məsələ ilə bağlı ABŞ administrasiyası ilə danışıqlar aparıb.
Şara bu fikirləri Qətərdə yerləşən "Əl-Cəzirə" televiziyasına müsahibəsində səsləndirib. O, ABŞ sanksiyalarının ləğvi prosesi, Rusiya ilə münasibətlər, Livan və İraqa siyasət, Körfəz ölkələri ilə əməkdaşlıq, İsraillə təhlükəsizlik danışıqları, investisiyalar və YPG ilə bağlı məsələlərə toxunub.
Suriya lideri bildirib ki, ABŞ Prezidenti Donald Tramp sanksiyaların yumşaldılması prosesində mühüm rol oynayıb, Səudiyyə Ərəbistanı və Türkiyə isə bu istiqamətdə vasitəçi kimi çıxış ediblər.
Şaranın sözlərinə görə, Suriyaya tətbiq edilən sanksiyaların böyük hissəsi devrilmiş Bəşər Əsəd rejiminin törətdiyi cinayətlərlə bağlı idi.
"Köhnə rejimdən azad olan Suriya xalqının eyni sanksiyalar altında qalması məntiqli deyildi", – deyə, o bildirib.
Aytən Yaşar/ Turkustan.az