London meri Sadiq Xan İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlama verib.
Turkustan.az xəbər verir ki, o, bu barədə soail şəbəkə hesabında yazıb.
O bildirib ki, Netanyahu London üçün “arzuolunmaz şəxs” hesab olunur və Böyük Britaniyaya səfər edəcəyi təqdirdə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarının icra olunmasına çağırıb.
Sadiq Xan vurğulayıb ki, beynəlxalq hüququn tələblərinə bütün ölkələr riayət etməlidir və BCM-nin qərarları nəzərə alınmalıdır.
Bu açıqlama Netanyahu ilə bağlı beynəlxalq müzakirələrin davam etdiyi bir vaxtda verilib və yeni siyasi rezonans doğurub. /Globalinfo.az/