ABŞ senatorundan Mamdaniyə sərt sözlər: "O, təlxəkdir"


ABŞ-da demokrat senator Con Fetterman Nyu-York meri Zöhran Mamdaninin İsrailin Baş naziri Benyamin Netanyahunun şəhərə səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs oluna biləcəyi ilə bağlı açıqlamasını sərt tənqid edib.

Turkustan.az xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, Fetterman "Fox News" telekanalına müsahibəsində Mamdaninin bəyanatına münasibət bildirib.

"Sən mersən. Küçələrdəki çuxurları təmir etdirə, zibillərin yığılmasını təşkil edə bilərsən. Amma insanların həbs olunmasına göstəriş verə bilməzsən. 'Əgər Netanyahu Pensilvaniyaya gəlsə, onu həbs etdirərəm' demək sadəcə zarafatdır. O, təlxəkdir", – deyə, senator bildirib.

Fetterman həmçinin Mamdanini "ekstremist auditoriyaya hesablanmış açıqlamalar verməkdə" ittiham edib.

"Bilirəm ki, Netanyahuya qəzəblisən. Amma bu, sənin səlahiyyətinə aid məsələ deyil. Bunu həm sən, həm də mən yaxşı bilirik", – deyə o əlavə edib.

ABD'li Senatörden Mamdani'ye "palyaço" benzetmesi

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ