Məhkəmə qərarı ilə CHP sədri vəzifəsinə qayıdan Kamal Kılıçdaroğlu Yeni Partiyanın təsis ərizəsinin Daxili İşlər Nazirliyinə təqdim edildiyi vaxt diqqətçəkən video paylaşımı edib.
Turkustan.az xəbər verir ki, partiyasının ana müxalifət statusunu itirərək parlamentdə beşinci siyasi qüvvəyə çevrildiyi bir dövrdə yayımlanan videoda Kılıçdaroğlunun İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu ilə əlaqələndirilən jesti diqqət çəkib.
Videomüraciətdə Kılıçdaroğlu siyasətə baxışını belə ifadə edib:
"Mənim missiyam cəmiyyətin ən çox problem yaşayan, lakin diqqətdən kənarda qalan təbəqələri ilə əlaqə qurmaqdır. Mən küçələrdə tullantı kağız toplayanların, eləcə də günün saatından asılı olmayaraq tarlalarda ağır zəhmətlə dolanan insanların problemlərini həll etməyə çalışmışam. Mənim siyasət anlayışım budur".
Qısa müddətdə geniş müzakirələrə səbəb olan videoda Kılıçdaroğlunun jesti də sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib.
Aytən Yaşar/ Turkustan.az