İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki 3 ABŞ hərbi sursat anbarını məhv edib.
Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının müşahidə qülləsinə zərbə endirilib.
Turkustan.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinin açıqlamasında bildirilib.
İranın məlumatına görə, cavab zərbələrinin 27-ci mərhələsi zamanı Küveytdəki ABŞ Əl-Udəyri hava bazasındakı üç sursat və avadanlıq anbarına hücum edilib. Tehranın iddiasına görə, qülləyə ciddi ziyan dəyib.
ABŞ və İran arasında münaqişənin son eskalasiyası 8 iyulda ABŞ-nin İran ərazisinə bir sıra zərbələrindən sonra başlayıb. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı ABŞ hədəflərinə zərbələr endirib. /Cebheinfo.az/