Rusiya Qara dənizə İranın Hörmüz boğazına etdiyini edir - Sibiqa


Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Rusiyanın Qara dənizdə mülki yük gəmilərinə qarşı hücumlarının qlobal ərzaq təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib.

Turkustan.az xəbər verir ki, Sıbiqa bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, Moskva hücumlarını davam etdirərsə, bu, dünya bazarında ərzaq qiymətlərinin kəskin artmasına səbəb ola və xüsusilə həssas ölkələrə ağır təsir göstərə bilər.

"Rusiyanın Qara dənizdə mülki yük gəmilərinə qarşı artan terroru qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdiddir. Əgər Moskva bu hücumları dayandırmasa, yaranacaq ərzaq qiyməti şoku ilk növbədə Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasındakı ən həssas əhali qruplarına zərbə vuracaq", – deyə, Sıbiqa qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ