Rusiya Ukraynaya hücumlar üçün "Şahed" təyyarələrinin sayını artırır - Pletençuk


Rusiya qüvvələri hava hücumlarında istifadə etdiyi taktikanı dəyişərək, xüsusilə "Şahed" tipli dronlar da daxil olmaqla hücum vasitələrinin sayını artırıb.

Turkustan.az xəbər verir ki, Ukrayna isə bu hücumların qarşısını almaq üçün hava, dəniz və sahil istiqamətlərində kompleks müdafiə tədbirləri həyata keçirir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk televiziya efirində danışıb.

Pletençukun sözlərinə görə, Rusiya əvvəlki kimi üstünlüyü say çoxluğu ilə əldə etməyə çalışır.

"Onlar yenə də kəmiyyət üstünlüyünə güvənirlər. Bu, rusların əsas taktikasıdır. Yeni taktiki və ya texniki yanaşmalar tətbiq etmək onlar üçün çətindir. Bununla belə, xüsusilə "Şahed" tipli dronların sayını artıraraq hücum taktikasında müəyyən dəyişiklik ediblər", – deyə, o bildirib.

Pletençuk əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələri artan hava hücumlarının qarşısını almaq üçün bütün istiqamətlərdə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ