Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO


Çinin “Çançjen-3B” (Long March 3B) raketdaşıyıcısı buraxılış zamanı nadir və təhlükəli hadisə ilə qarşılaşıb.

Turkustan.az “CNBC TV18” kanalına istinadən xəbər verir ki, startdan dərhal sonra raketə ildırım düşsə də, bu, missiyanın uğurla tamamlanmasına mane olmayıb.

Belə ki, şimşəkli bulud qatından keçən "Çançjen-3B" raketinə güclü elektrik boşalması (ildırım) dəyib. Buna baxmayaraq, heç bir texniki nasazlıq qeydə alınmayıb. Raket-daşıyıcı uçuşu ştat rejimində davam etdirərək qarşıya qoyulan tapşırığı tam yerinə yetirib.

Qeyd edək ki, kosmonavtika tarixində bu cür hadisələr ilk dəfə deyil ki, qeydə alınır. Ən məşhur nümunələrdən biri 1969-cu ilin noyabrında baş vermiş "Apollon-12" missiyası hesab olunur.

Həmin vaxt "Saturn V" raketi startdan dərhal sonra iki dəfə üst-üstə ildırım zərbəsinə məruz qalmışdı.

Müasir raketlər ildırım vurmasına qarşı xüsusi ekranlaşdırma və qoruyucu sistemlərlə təchiz edilsə də, mütəxəssislər hələ də belə təbiət hadisələrinin raketin elektronikasına zərər vurma riskini yüksək qiymətləndirirlər. Çinin "Çançjen-3B" raketinin bu sınaqdan problemsiz çıxması isə mühəndislik baxımından böyük uğur sayılır.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ