“Cənnət”i azad Qarabağda təqdim restoran şəbəkəsi - FOTOLAR


Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq və bərpa işləri uğurla davam etdirilir. Dövlətin həyata keçirdiyi bu möhtəşəm bərpa prosesinə öz töhfəsini verən iş adamları və sahibkarlar da yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirirlər.
Belə təşəbbüslərdən biri də “Cənnət İstisu” restoranıdır. Xankəndi və Ağdərə şəhərlərində fəaliyyət göstərən restoran bölgəyə səfər edən yerli və xarici turistlərin, eləcə də xarici qonaqların yüksək səviyyədə qarşılanmasına və qonaqpərvərlik ənənələrinin layiqincə təqdim olunmasına xidmət edir.
Restoranın fəaliyyətini fərqləndirən əsas xüsusiyyətlərdən biri isə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və qazilərimizə göstərilən xüsusi diqqət və qayğıdır. Şəhid ailələrinin üzvləri və qazilər burada dərin hörmət, ehtiram və həssas münasibətlə qarşılanırlar. Bu, həm milli-mənəvi dəyərlərimizə sadiqliyin, həm də qəhrəmanlarımızın xatirəsinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.
Bu cür sosial məsuliyyətli təşəbbüslər işğaldan azad edilmiş torpaqlarımızın yenidən dirçəlməsinə, turizm potensialının inkişafına və Böyük Qayıdış prosesinin daha da sürətlənməsinə mühüm töhfə verir.


MANŞET XƏBƏRLƏRİ