Özgür Özələ ilk təbrik zəngi həmin liderdən gəldi


CHP-dən istefa verən Özgür Özəl və daha 91 millət vəkili Yeni Partiyanın yaradılması üçün təsis sənədlərini imzalayıb.

Turkustan.az xəbər verir ki, bildirilib ki, 91 deputat partiyanın təsis komitəsinin üzvləri sırasına daxil edilib.

Sənədlərin imzalanmasından sonra çıxış edən Özgür Özel, "Ölkəmizə, millətimizə, partiyamıza və hamımıza xeyirli olsun", – deyə bildirib.

Məlumata görə, Yeni Partiyanın təsis ərizəsi günorta saatlarında Daxili İşlər Nazirliyinə təqdim olunub. Daha sonra keçirilən təsis toplantısında Özgür Özel yekdilliklə partiyanın sədri seçilib.

Özeli təbrik edən ilk siyasi lider isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı olub. Bildirilir ki, Baxçalı telefonla Özgür Özələ zəng edərək onu yeni vəzifəsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ