ABŞ ilə İran arasında gərginliyin yenidən artdığı bir vaxtda "Wall Street Journal" (WSJ) qəzeti yazır ki, Prezident Donald Trampın Tehrana qarşı səbri tükənib və o, daha sərt mövqe tutmağa başlayıb.
Turkustan.az xəbər verir ki, qəzetin administrasiya rəsmilərinə və Prezidentə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Tramp Oval kabinetdə keçirilən son görüşlərdən birində İran rəhbərliyi barədə sərt ifadələr işlədib. İddialara görə, o, İran liderlərini təhqiramiz sözlərlə xarakterizə edib və emosional çıxış edib.
Mənbələrin sözlərinə görə, İranla müharibə beşinci ayına daxil olduqca Tramp münaqişənin uzanmasından narahatdır. O, əvvəllər qarşıdurmanın bir neçə həftə ərzində başa çatacağını gözləyirdi.
WSJ yazır ki, Trampın bəzi müşavirləri müharibənin uzanmasının iqtisadi nəticələrindən, o cümlədən qiymət artımından, ictimai dəstəyin azalmasından və ABŞ hərbçiləri arasında itkilərin artmasından narahatdırlar. Onların fikrincə, bu amillər Trampın prezidentlik fəaliyyətinə mənfi təsir göstərə və Respublikaçılar Partiyasının qarşıdan gələn aralıq seçkilərdəki mövqeyini zəiflədə bilər.
Aytən Yaşar/ Turkustan.az