Rusiya Prezidenti Vladimir Putin İrkutsk şəhərinə səfəri çərçivəsində ölkənin mühüm hərbi-sənaye obyektlərindən biri olan İrkutsk Aviasiya Zavodunu ziyarət edib.
Turkustan.az xəbər verir ki, Rusiya lideri müəssisədə aviasiya texnikalarının istehsalı prosesi və zavodda həyata keçirilən layihələrlə yaxından tanış olub, aparılan işləri yerindəcə baxışdan keçirib.
Yayımlanan kadrlar göstərir ki, V.Putin zavodun istehsal sexlərini gəzərək, təyyarələrin yığılma mərhələləri və müəssisənin ümumi fəaliyyəti haqqında mütəxəssislərin məruzələrini dinləyib.
Qeyd edək ki, sözügedən zavod Rusiya Hərbi Hava Qüvvələri üçün strateji əhəmiyyət kəsb edən əsas aviasiya mərkəzlərindən biridir.
Musavat.com