Kiyevə raket hücumu: Zelenski ölənlərin sayını açıqladı


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Kiyev vilayətinə endirdiyi raket zərbəsi nəticəsində azı 6 nəfərin həyatını itirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə "Facebook" hesabında paylaşım edib.

"Rusiyanın raket hücumundan sonra Kiyev vilayətində axtarış-xilasetmə əməliyyatları davam edir. Hazırda onlarla zərərçəkənin olduğu məlumdur. Təəssüf ki, 6 nəfərin həlak olduğu təsdiqlənib. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Bütün halların araşdırılması və insanların taleyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir. Bütün aidiyyəti xidmətlər hadisə yerində fəaliyyət göstərir", – deyə, Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ