Netanyahu Vaşinqtonda Trampla görüşəcək


İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 28-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcəyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, İsrail Baş nazirinin Ofisinin yaydığı məlumata görə, Netanyahu bazar ertəsi günü rəsmi səfərlə ABŞ-a yola düşəcək.

Səfər çərçivəsində Respublikaçı senator Lindsi Qrahamın dəfn mərasimində iştirak edəcək Netanyahu daha sonra Ağ Evdə Prezident Donald Trampla görüşəcək.

Bundan əvvəl İsrail mediası ABŞ vitse-prezidenti JD Vensin komandasının iki lider arasında görüşün baş tutmaması üçün çalışdığını iddia etmişdi.

Məlumata görə, buna səbəb Netanyahunun Trampa İranla bağlı daha sərt siyasət yürütməsi üçün təzyiq göstərə biləcəyi ilə bağlı narahatlıqlar olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ