Zelenski Rusiyanın hücumlarına cavab planını açıqladı


Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Ali Baş Komandanı Mixaylo Drapatı, müdafiə naziri vəzifəsini icra edən Yevgeni Xmara və müdafiə nazirinin müavini Pavlo Palisa ilə keçirdiyi müşavirədə Rusiyanın hücumlarına qarşı görüləcək tədbirləri müzakirə etdiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə "Facebook" hesabında paylaşım edib.

Prezidentin sözlərinə görə, müşavirədə cəbhədəki son vəziyyət, ən kritik istiqamətlər və təcili qərar tələb edən məsələlər ətraflı nəzərdən keçirilib.

"Mixaylo Drapatı, Yevgeni Xmara və Pavlo Palisanın məruzələrini dinlədim. Silahlı Qüvvələrin Ali Baş Komandanı cəbhədəki ümumi vəziyyət barədə məlumat verdi. Ən çox diqqət və operativ qərar tələb edən istiqamətləri ətraflı müzakirə etdik. Xüsusilə, Rusiyanın ölkəmizin infrastrukturuna, sərhəd və cəbhə bölgələrinə, Kiyevə, Odessa vilayətinə və Qara dənizdəki dəniz dəhlizinə yönəlmiş hücumlarına cavab olaraq atacağımız addımların ardıcıllığını müəyyənləşdirdik", – deyə, Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ