İsrailin yeni baş naziri kim olacaq: Eyzenqot, yoxsa Bennet?


İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 27-də keçiriləcək parlament seçkilərində hakimiyyəti itirə bilər.

Turkustan.az-ın məlumatına görə, son rəy sorğuları Benyamin Netanyahunun Baş nazir postuna rəqabətdə müxalifətə məğlub olduğunu göstərir. Baş nazir Benyamin Netanyahunun “Likud” (Əmək) Partiyası 2025-ci ilin iyun ayından bəri ən aşağı səs toplayaraq cəmi 20 yerə qazanmaq imkanı əldə edib. İsrail Müdafiə Qüvvələrinin keçmiş qərargah rəisi Qadi Eyzenqotun rəhbərlik etdiyi “Yaşar” (Birbaşa) Partiyasının tərəfdarları isə artmaqda davam edir.

Eyzenqot 23 mandat qazanmaq şansına malikdir. Sorğu, həmçinin sabiq baş nazirlər Naftali Bennet və Yair Lapidin həmsədrlik etdiyi “Birlikdə” Partiyasının 17-yerə sahib olmaq imkanını göstərir.

Baş nazir vəzifəsinə ən uyğun namizəd kimi 45 faiz reytinqlə Naftali Bennet birinci yeri tutur. Benyamin Netanyahu isə 42 faiz dəstək qazanıb. Fərq iyul ayının əvvəlində keçirilən əvvəlki sorğu ilə müqayisədə demək olar ki, dəyişməyib.

Əvvəlki rəy sorğusunda 46 faiz tərəfdar toplayan Eyzenqota səs vermək istəyən respondentlərin sayı 40 faizə düşüb. Yəni o, Netanyahudan iki faiz geri qalır. Lakin müxalifət düşərgəsindəki rəqabətdə Eyzenqot Bennetə qalib gəlib. Eyzenqot və Bennet arasında birbaşa müqayisə zamanı fərq də əsasən dəyişməz qalıb.

Eyzenqot 38 faiz, Bennet isə 23 faiz dəstək qazanıb. Əgər mövcud göstərici sabit qalarsa, seçkilərdə əsas rəqabətin Netanyahu və Eyzenqot arasında gedəcəyi gözlənilir. Bu baxımdan, Netanyahu baş nazir postunu populyarlığı və nüfuzu getdikcə artan Eyzenqota verməyə daha yaxın görünür. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ