Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərinə idarəolunan aviasiya bombaları (KAB) ilə hücum edib.
Turkustan.az xəbər verir ki, hücum nəticəsində, aralarında bir uşağın da olduğu 18 nəfər xəsarət alıb.
Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Telegram hesabında paylaşım edib.
Fedorov bildirib ki, hazırda dağıntılar altında insanların qalmasına dair məlumat təsdiqini tapmayıb. Bununla belə, 18 nəfərin tibbi yardıma ehtiyac duyduğu qeyd olunub.
Onun sözlərinə görə, Rusiya qüvvələri gündüz saatlarında Zaporojyedə üç ictimai binanı KAB bombaları ilə hədəfə alıb. Hücum nəticəsində yaşayış binaları və səhiyyə müəssisələrinə də ziyan dəyib.
Aytən Yaşar/ Turkustan.az