ABŞ-İran gərginliyində yeni mərhələ: 10 günlük atəşkəs planı masadadır


Son həftələrdə ABŞ ilə İran arasında yenidən artan hərbi gərginlik diplomatik səyləri də xeyli intensivləşdirib.

Turkustan.az xəbər verir ki, regional vasitəçilərin irəli sürdüyü 10 günlük müvəqqəti atəşkəs təklifi ilk baxışda hərbi əməliyyatların dayandırılmasına yönəlmiş texniki təşəbbüs kimi qiymətləndirilsə də, diplomatik dairələr bunu daha genişmiqyaslı danışıqlar prosesinə keçid üçün mühüm fürsət hesab edirlər. Masadakı əsas məsələ təkcə silahlı toqquşmaların dayandırılması deyil, həm də qlobal enerji ticarətinin strateji arteriyalarından biri olan Hörmüz boğazının gələcək statusu və təhlükəsizliyidir.

Diplomatik mənbələrin məlumatına görə, Qətər, Misir, Pakistan və bir sıra digər regional vasitəçilər Vaşinqton və Tehran arasında birbaşa dialoqu bərpa etməyə yönəlmiş hərtərəfli atəşkəs planı hazırlayıblar. Təklifin əsasını 10 günlük atəşkəs təşkil edir. Bu müddət ərzində tərəflərin daha geniş siyasi həllin əldə olunması üçün danışıqları yenidən başlaması nəzərdə tutulur.

Vasitəçilərin başlıca məqsədi ötən ay nəticəsiz qalan razılaşmanın tamamilə iflasa uğramasının qarşısını almaq, eyni zamanda ABŞ və İran arasında əlaqə kanallarını yenidən aktivləşdirərək gərginliyin daha da dərinləşməsinə mane olmaqdır.

Saziş layihəsində ən diqqət çəkən element Hörmüz boğazı ilə bağlı qaydalar idi. Qlobal neft ticarətinin əhəmiyyətli bir hissəsi bu dar dəniz dəhlizindən keçir və son hərbi gərginliklər qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub. Buna görə də vasitəçilər atəşkəsin təkcə hərbi deyil, həm də iqtisadi nəticələrə səbəb olmasını hədəfləyirlər. Planın məqsədi ticarət gəmilərinin təhlükəsiz keçidini bərpa etmək, beynəlxalq dəniz nəqliyyatının fasiləsizliyini təmin etmək və regionda hərbi riskləri azaltmaqdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ